image-5backend

Peskov: Zelenski qeyri-legitimdir

Kiyev rejiminin başçısı Volodimir Zelenskinin legitimlik baxımından böyük problemləri var, lakin Rusiya hələ də danışıqlara açıqdır.

Elchi.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml nümayəndəsinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin dəfələrlə Zelenskinin Ukraynada legitimlik baxımından böyük problemləri olduğunu dilə gətirib. Bununla belə, Rusiya niyyətini dəyişməyib – o, Kiyevlə danışıqlara hazırdır.

“Rusiya tərəfi danışıqlara açıqdır”, – Peskov yekunlaşdırıb.

Bundan əlavə, Dmitri Peskov Zelenskinin danışıqlara hazır olması ilə bağlı bəyanatını şərh edərək, bunun nəyəsə əsaslanmalı olduğunu qeyd edib. Əks halda, Ukrayna prezidentinin bütün bəyanatı boş sözlərdir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki