image-0fd7b1b1-a2a3-3772-80ef-854faf3c95de_850backend

Peskov: Tramp istəsə, istənilən vaxt Rusiyaya gələ bilər

Rusiya lideri Vladimir Putindən dəvət alan ABŞ Prezidenti Donald Tramp istədiyi vaxt Moskvaya gələ bilər.

Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov VGTRK-nın jurnalisti Pavel Zarubinə müsahibəsində bildirib.

O, müvafiq suala cavabında “Əlbəttə”, deyib.

Xatırladaq ki, fevralın 12-də Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı Donald Trampı Moskvaya səfərə dəvət edib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki