image-35backend

Pentaqondan ETİRAF: Suriyada 2 minə yaxın ABŞ əsgəri var

“ABŞ Suriyadakı hərbi mövcudluğunu iki dəfədən çox artırıb”.

Elchi.az xəbər verir ki, bu məlumatı Pentaqonun sözçüsü Patrik Rayder verib.

Onun sözlərinə görə, hazırda respublikada iki minə yaxın amerikalı hərbçi var. İddialara görə, İŞİD-ə qarşı missiyaya dəstək üçün Vaşinqton tərəfindən əlavə qüvvələr yerləşdirilir.

“1100-ə yaxın hərbçi müvəqqəti olaraq Suriyadadır. Onlar missiyanın dəyişən ehtiyaclarını ödəmək üçün 30-90 gün müddətinə respublikaya köçürülüb”, – o, brifinqdə deyib. Əsasən Pentaqon üsyankar respublikaya xüsusi təyinatlılar göndərib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki