image-e2757927170833d5bb3ab0a45e7b07cfbackend

Pentaqon Yaxın Şərqə əlavə qoşun göndərir

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirmək qərarına gəlib.

Elchi.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Patrik Rayder məlumat verib.

Pentaqonun sözçüsü bildirib ki, İsrail və Hizbullah arasında zorakılıq səviyyəsi kəskin şəkildə artıb və daha geniş regional müharibə təhlükəsi yaradıb.

Bununla əlaqədar olaraq, ABŞ artıq 40 minə yaxın amerikalı hərbçinin olduğu Yaxın Şərqə əlavə qoşunlar göndərir. Əlavənin nə qədər böyük olacağı və hansı müddət ərzində bölgəyə köçürüləcəyi qeyd edilməyib.

Qeyd edək ki, İsrail və Livan arasında gərginliyin artması fonunda BMT Yaxın Şərq regionunun qaçılmaz fəlakətin astanasında olduğu və Livan torpağının ikinci Qəzzaya çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki