Xəbər verdiyimiz kimi Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə gedib.
Elchi.az xəbər verir ki, Paşinyanla Fransanın yeni təyin olunmuş baş naziri Mişel Barnier arasında Parisdəki “Matinyon” sarayında görüş baş tutub. Bu barədə baş nazirin ofisindən məlumat verilib.
Görüş zamanı Mişel Barnier qeyd edib ki, o, Ermənistana və erməni xalqına xüsusi münasibət bəsləyir və gələcəkdə ikitərəfli münasibətlərin davamlı olaraq möhkəmlənməsinə töhfə verməyə hazırdır.
Nikol Paşinyan isə öz növbəsində bir daha Barnieri Fransanın baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb. Paşinyan həmkarına iki xalq arasında dostluğun dərin sadiqliyi, Ermənistan və Fransa arasında müstəsna əlaqələrin möhkəmlənməsi üçün şəxsi töhfəsinə görə təşəkkür edib.
Həmsöhbətlər Ermənistan və Fransa arasında intensiv dialoqu yüksək qiymətləndirərək, ikitərəfli iqtisadi və bir sıra hədəfləri- enerji, rəqəmsal texnologiyalar, şəhərsalma, kənd təsərrüfatı, turizm, səhiyyə sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Həmsöhbətlər həmçinin regionlar arasında əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi üçün mərkəzləşdirilməmiş əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini də vurğulayıblar.
Hər iki baş nazir Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı müzakirələrdə baş verən son hadisələrə, Cənubi Qafqaz regionunda gedən proseslərə də toxunublar.
Yeganə
Həmçinin oxuyun: https://elchi.az/pasinyan-fransada-seferdedir