Roma Papa Fransisk İsrailin Qəzza və Livana hücumlarının əxlaqsızlıq və qeyri-mütənasib olduğunu deyib.
Elchi.az xəbər verir ki, Papa həmçinin bildirib ki, Təl-Əvivin hərbi hegemonluğu müharibə qaydaları çərçivəsindən kənara çıxıb.
Belçikadan İtaliyaya gedərkən Roma Papasına Livan Hizbullah hərəkatının qurucularından olan Seyid Həsən Nəsrullahın məqsədyönlü şəkildə öldürülməsi ilə bağlı sual verilib.
Fransisk bildirib ki, müdafiə həmişə hücumla mütənasib olmalıdır.
“Qeyri-mütənasib bir şey baş verəndə, əxlaqın hüdudlarından kənarda üstünlük təşkil edən bir tendensiya yaranır”,-deyə Papa vurğulayıb.
Papanın fikrincə, müharibənin özü əxlaqsız olsa da, bəzi əxlaqa işarə edən qaydalar var.
Yeganə