“Politico” xəbər verir ki, Roma Papası Fransisk özəl olaraq bəzi insanlara bildirib ki, onun xəstəxanaya yerləşdirilməsinə səbəb olan mövcud sağlamlıq problemlərindən qurtula bilməyəcək.
Elchi.az xəbər verir ki, məsələ ilə tanış olan iki mənbəyə əsaslanaraq, 88 yaşlı ruhani lider Romadakı Gemelli Xəstəxanasında “tənəffüs yollarında polimikrob infeksiyası”ndan müalicə alır və “varişini təyin etməzdən əvvəl qalan məsələləri tez bir zamanda həll etməyə çalışır”.
Xəbərdə Papanın son günlər şiddətli ağrılardan əziyyət çəkdiyi və əvvəlcə xəstəxanaya getməyə müqavimət göstərdiyi, lakin “Vatikandakı otağında qalmağa davam edərsə, ölüm riski ilə üzləşəcəyi ona açıq şəkildə izah edildiyi” bildirilib.
Şayəstə Hüseynova