ABŞ prezidenti Donald Tramp müdafiə xərcləri üzrə öhdəliklərini yerinə yetirməyən NATO ölkələrini müdafiə etməkdən imtina edə bilər.
Elchi.az xəbər verir ki, bu barədə “NBC News” öz mənbələrinə istinadən məlumat yayıb.
Kanalın mənbələrinin məlumatına görə, Tramp hazırda Vaşinqtonun NATO -da iştirak formatının dəyişdirilməsi imkanını nəzərdən keçirir . Xüsusilə, o, “ÜDM-nin müəyyən faizini müdafiəyə xərcləyən alyans üzvlərinə üstünlük verilməsini” təklif etdi. Tramp həmçinin öz komandası ilə Vaşinqtonun ÜDM-nin müəyyən faizini müdafiəyə xərcləyən tərəfdaş dövlətlərlə NATO hərbi təlimlərinə üstünlük verməsi variantını müzakirə edir . “Ağ Ev artıq avropalı müttəfiqlərinə ABŞ-ın Avropadakı hərbi mövcudluğunu azalda biləcəyini açıqlayıb . Seçimlərdən biri bölgədəki Amerika qoşunlarının bir hissəsini yenidən yerləşdirməkdir ki, onlar müdafiə xərclərini ÜDM-nin müəyyən faizinə qədər artıran NATO ölkələrinin ətrafında cəmləşsinlər”.
Xatırladaq ki, Tramp dəfələrlə alyansa üzv olan ölkələri müdafiəyə ÜDM-in 2%-dən az xərclədiyinə görə tənqid edib. O, bunun ” ABŞ üçün əlavə yük ” olduğunu söylədi. Bununla bağlı o, NATO ölkələrindən müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmağı tələb etmək niyyətində olduğunu açıqlayıb.
Nuranə Məmmədova