NATO-nun baş katibi Mark Rutte ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla ilk görüşünü keçirib.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
“NATO-nun baş katibi Mark Rutte cümə günü Floridada ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla ilk görüşünü keçirib. Onlar alyansın üzləşdiyi qlobal təhlükəsizlik çağırışlarının bütün spektrini müzakirə ediblər”, – məlumatda deyilir.
Qeyd olunur ki, bu cür ifadələr adətən Ukraynada münaqişə və Çinlə qarşıdurmanı nəzərdə tutur. Noyabrın əvvəlində məlum olmuşdu ki, Tramp Milli Kəşfiyyatın keçmiş direktoru Riçard Qreneli Ukraynadakı münaqişə üzrə xüsusi nümayəndə vəzifəsinə təyin etməyi düşünür. Elə həmin ay Reuters xəbər verdi ki, ABŞ-ın seçilmiş prezidenti Çindən idxal olunan mallara 60 faiz deyil, 40 faiz rüsum tətbiq edə bilər.
Yeganə