Bazar ertəsi NATO üzv ölkələrin öz hava məkanını Rusiyanın hücumundan qorumaq hüququnu tanıyıb.
Elchi.az-ın xəbərinə görə, İspaniyanın “Europa Press” nəşri yazır ki, alyans eyni zamanda Ukraynaya dəstək üçün bu cür hərəkətlərin arzuolunmaz nəticələrə səbəb olacağını və bütövlükdə NATO-ya təsir göstərə biləcəyini vurğulayıb.
Şimali Atlantika Alyansının nümayəndəsi deyib: “NATO Rusiya tərəfindən müharibənin daha da genişlənməsinin qarşısını almaq üçün məsuliyyət daşıyır.
NATO münaqişənin gərginləşməsinə və hərbi blokun üzvlərinin ona birbaşa cəlb olunmasına gətirib çıxara biləcək vəziyyətin pisləşməsinin qarşısını almaq üçün müttəfiqlər arasında məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini qeyd edir.
Alyansın qərargahı ehtiyatlı davranır və Ukraynaya göndərilən hərbi yardım axınının artırılmasının vacibliyini vurğulayır. Kiyev müttəfiqləri ilə işləməkdə davam edir və onlardan Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyi, o cümlədən Rusiya ərazisində uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verməyi tələb edir.
Polşa və Baltikyanı ölkələr artıq Avropa İttifaqını bütün gələcək təhdidlər qarşısında bloku gücləndirmək üçün Rusiya və Belarusla sərhəddə Avropa müdafiə sistemi yaratmağa çağırıb.
Bu arada Polşanın xarici işlər naziri Sikorski “Financial Times” qəzetinə müsahibəsində deyib ki, NATO-nun etirazlarına baxmayaraq, Ukrayna ilə həmsərhəd olan ölkələr Rusiyadan gələn raketləri öz hava məkanlarına daxil olmamışdan əvvəl vurmağa məcburdurlar.
Yeganə
Mənbə: Vesti.ru