image-owl_detail_240_1b4511fb55b67272dac9dfffcf099a17backend

Mask miqrasiya məsələsində Macarıstanın baş nazirini dəstəkləyib

Amerikalı sahibkar İlon Mask Avropa İttifaqında (Aİ) kəskin miqrasiya problemi ilə bağlı Macarıstanın baş naziri Viktor Orbanın mövqeyini dəstəkləyib.  Elchi.az xəbər verir ki, bu barədə  Macarıstan hökumətinin spikeri Zoltan Kovaçın “X” sosial şəbədə məlumat yayıb.

Kovacs Orbanın sözlərindən sitat gətirib və yazıb ki, Brüssel miqrasiyaya qarşı addım atmasa, Avropa Birliyi çıxılmaz vəziyyətə düşəcək. “Brüssel mühacirətə meylli siyasətindən əl çəkməli və sərhədlərini qorumağa doğru getməlidir. Əgər o bunu etməsə, biz iqtisadi çöküşdən yox, miqrasiya nəticəsində yaranan münaqişələrin Avropa İttifaqını parçalayacağından qorxuruq”, – o, Macarıstan hökumətinin başçısının sözlərindən sitat gətirib.

Qeyd edək ki, bir müddət əvvəl amerikalı iş adamı siyasətçinin həyatına ilk cəhdin edildiyi Pensilvaniya ştatının Butler şəhərində ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqində iştirak edəcəyini bildirmişdi. Onun sözlərinə görə, o, siyasətçini dəstəkləmək üçün orada olacaq.

Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki