image-16backend

Mask keçmiş demokratların da Trampa səs verəcəyinə inanır

ABŞ Demokrat Partiyasının bir çox keçmiş tərəfdarları qarşıdan gələn prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampa səs verəcəklər.

Elchi.az bu fikirləri Amerikalı sahibkar İlon Mask bildirib.

“2020-ci ildə heç bir partiyanı dəstəkləməyən bütün tanınmış seçicilər indiki ABŞ prezidenti Demokrat Co Baydenə səs verdilər. 2024-cü ildə bütün belə seçicilər və bir çox keçmiş Demokratlar Donald Trampa səs verəcəklər”,-deyə o, X səhifəsində yazıb.

Mask daha əvvəl seçkilərdə Trampı dəstəkləyib. Respublikaçı namizəd etiraf edib ki, qalib gəlsə, Maskı administrasiyasında hansısa vəzifəyə təyin edəcək. Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində Demokratların namizədi vitse-prezident Kamala Harrisdir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki