image-file-photo-tesla-ceo-and-x-owner-elon-musk-in-parisbackend

Mask Böyük Britaniyanı “qəddar polis dövləti” olmaqda ittiham edir

X sosial media platformasının sahibi, milyarder İlon Mask Böyük Britaniyanı “qəddar polis dövləti” olmaqda ittiham edib.

Elchi.az xəbər verir ki, İngiltərədə ümumi seçkilərin keçirilməsini tələb edən kampaniyada imzaların sayı 2 milyonu keçdikdən sonra Mask X-dəki paylaşımında daha əvvəl tənqid etdiyi İngiltərə Baş naziri Keir Starmer və hökumətini yenidən hədəfə alıb.

İsveçli bir jurnalistin İngiltərədə yeni ümumi seçki çağırışı edən xalqın başlatdığı kampaniyada imza sayının milyonlara çatdığına dair yazısına istinadən Mask, “İngilis xalqı qəddar polis dövlətindən bezdi” deyib.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın müttəfiqi və onun yaxın işçi komandasının üzvü olan Mask daha əvvəl Starmerin idarə etdiyi İngiltərə polisini insanlara irqindən asılı olaraq fərqli davranmaqda ittiham etmişdi. Bundan əlavə, Mask həftə sonu X-də İngiltərədə Starmerə ictimai dəstəyin azaldığını göstərən bir qrafik paylaşmışdı.

Britaniya hökuməti küçələri təhlükəsiz etmək qərarına gəlib

“The Hill” qəzetinin məlumatına görə, İngiltərə Baş Nazirinin 10 nömrəli ofisinin sözçüsü Maskın şərhləri ilə bağlı “Mən fərdi şərhlərə girməyəcəyəm. Baş nazir Britaniya xalqı üçün ən vacib olan məsələlərə diqqət yetirir” deyib. Sözçü Starmerin Tramp və Musk ilə işləməyi səbirsizliklə gözlədiyini söylədi və küçələrin qorunmasının hökumətin missiyasının “açıqca vacib bir hissəsi olduğunu” vurğuladı.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki