image-2024-09-25t181043z-1035238428-rc2u7aadcc22-rtrmadp-3-meta-platforms-virtual-realitybackend

Mark Zukerberq sərvətini artırdı

Sərvəti 200 milyard dolları keçən iş adamlarının sayı 4-ə yüksəlib. Siyahıya daxil ediləcək soyad Facebook-un qurucusu Mark Zukerberq olub.
Elchi.az xəbər verir ki, dünyanın ən çox istifadə edilən 3 sosial media tətbiqi ona aiddir. “Facebook”, “Instagram” və “WhatsApp”ın rəhbəri Mark Zukerberq məlumatların pozulması qalmaqalları və seçkiyə müdaxilə iddiaları səbəbindən tez-tez tənqid hədəfinə çevrilsə də, onun sərvəti günü-gündən artır.
Meta CEO hazırda dünyanın dördüncü ən varlı adamıdır. Onun sərvəti təkcə bu il 73,4 milyard dollar artıb. Beləliklə, cəmi aktivlər 201 milyard dollara çatıb.
Dünyanın ən varlı adamları siyahısında birinci yerdə 211 milyard dollar sərvəti ilə İlon Mask qərarlaşıb.
Onun ardınca Ceff Bezos və Bernard Arnault gəlir. Dördüncü yerdə olan Mark Zukerberqdən başqa heç kimin aktivləri 200 milyard dolları keçmir.
40 yaşlı Zukerberqin sərvətinin böyük hissəsi onun Facebook, Instagram və WhatsApp-ın daxil olduğu Meta-dakı səhmlərindən əldə edilir. Meta-nın səhmləri bu il 64% artıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki