image-12backend

Lukaşenko Trampı təbrik edib

Belarus prezidenti Aleksandr Lukaşenko Donald Trampı ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.

Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.

“Amerika Birləşmiş Ştatlarının prezidenti vəzifəsinə qayıtmağınız münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu il görünməmiş mübarizə şəraitində keçən səsvermənin nəticələri sizin şəxsi şücaətinizin təcəssümü oldu. Siz bunu ilk növbədə Amerika və onun vətəndaşları naminə etmisiniz. Sizə möhkəm cansağlığı, Amerikanı yenidən böyük ölkəyə çevirəcək ağıllı siyasi qərarlar arzulayıram”, – Lukaşenko təbrik edib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki