image-1727956681_20201122_gaf_x99_308-pic_32ratio_900x600-900x600-74304backend

Livan Rusiyadan kömək istəyib

“Beyrut Moskvadan Yaxın Şərqdəki münaqişənin həllinə diplomatik yardım göstərməyi xahiş edib”.

Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Livanın Rusiyadakı səfiri Şovki Bou Nassar deyib.

“Mən rusiyalı həmkarlarımdan xahiş etdim ki, bizə diplomatik yardım göstərsinlər və Yaxın Şərqdə və dünyanın bütün maraqlı tərəfləri və nüfuzlu aktorları ilə lazımi əlaqə yaratsınlar. O cümlədən BMT platforması, eləcə də digər beynəlxalq təşkilatlar”, – deyə səfir qeyd edib.

Nassarın sözlərinə görə, Moskva açıq şəkildə bildirdi ki, Rusiya rəsmiləri Yaxın Şərq böhranının sülh yolu ilə həlli üçün dəstək almaq üçün çox sayda çağırış edirlər. Bundan əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri Livana respublika sakinləri üçün 33 ton humanitar yardım çatdırmışdı. Yüklərə ərzaq, dərman, ilkin tələbat malları, həmçinin 80 kVt gücündə elektrik stansiyaları daxildir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki