image-6bed9215-9c84-30be-9dd4-4d8fc5b08fc5_850backend

Litva Prezidenti Avropanı müdafiə xərclərini ikiqat artırmağa çağırıb

Avropa müdafiə ehtiyaclarına iki dəfə çox vəsait ayırmalıdır.

Elchi.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Litva Prezidenti Gitanas Nauseda deyib.

“Mən bu gün NATO-nun büdcə xərclərinin ədalətli bölünməməsi və böyük hissəsinin ABŞ-nin payına düşməsi ilə bağlı Vaşinqtonun tənqidi ilə razıyam. Buna görə də Avropa bu prosesdə iştirakını ən azı iki dəfə artırmalıdır”, – o bildirib.

2025-ci ilin dövlət büdcəsində Litva müdafiə sahəsinə rekord məbləğdə – 2,5 milyard avro ayırıb ki, bu da ÜDM-in 3,03 %-ni (keçən il ÜDM-in 2,75 %-i) təşkil edir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki