image-14backend

Lavrov: “Qazaxıstan tərəfdaş ölkə kimi BRİKS-ə dəvət alıb”

“Qazaxıstan artıq BRİKS-ə tərəfdaş ölkə kimi qoşulmaq təklifi alıb”.

Elchi.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir qazaxıstanlı həmkarı Murat Nurtleu ilə görüşündə deyib: “Qazaxıstan BRİKS-ə tərəfdaş ölkə kimi qoşulmaq üçün dəvət alıb.

Daha əvvəl respublikanın Rusiya Federasiyasındakı səfiri Dauren Abayev demişdi ki, Astana BRİKS-də beynəlxalq sabitliyin möhkəmləndirilməsi və iqtisadi tərəfdaşlıqların inkişafı üçün imkanlar görür. Diplomat Qazaxıstanın assosiasiyanın tərəfdaşı statusunu aldığını da təsdiqləyib.

BRİKS-ə doqquz ölkə daxildir: Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika, İran, Misir, Efiopiya və BƏƏ. Birliyin tərəfdaş ölkələri arasında Əlcəzair, Vyetnam, Boliviya və digər dövlətlər var.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki