Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerikanın “Newsweek” nəşrinə müsahibəsində deyib ki, Moskva ABŞ-da prezident seçkilərinin necə bitəcəyi ilə maraqlanmır.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, əgər Vaşinqtonun siyasətində və təkliflərində nəsə dəyişsə, Rusiya onları maraqlara uyğunluq baxımından öyrənməyə hazır olacaq. Lavrov ABŞ-ın yeni prezidentinin kim olmasından asılı olmayaraq, ölkəsinin xüsusilə milli təhlükəsizlik məsələlərində öz maraqlarını müdafiə edəcəyini vurğulayıb.
Rusiyalı nazirin qeyd etdiyi kimi, Ağ Evin yeni sahibinin kim olmasından asılı olmayaraq, diqqətini ABŞ daxilindəki problemlərin həllinə yönəltməsi və on minlərlə mil məsafədə macəra axtarmaması məntiqli olardı.
Yeganə