image-41_mainbackend

Kriştiano Ronaldo karyerasında 900-cü qolunu vurub

Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo karyerasında 900-cü qolunu vurub.
İdmançı dünyada bu qədər qol vuran ilk peşəkar futbolçu olub.
Elchi.az xəbər verir ki, Ronaldo Xorvatiya ilə Millətlər Liqası matçında qol vuraraq rekord həddə çatıb.
Görüşdə Portuqaliya 2:1 hesabı ilə qalib gəlib.
Nailiyyəti şərh edən forvard futbol tarixini yenidən yazdığını vurğulayıb.
Ronaldo X sosial şəbəkəsində “Mən bunu xəyal edirdim və daha çox arzularım var” yazıb.
Kriştiano Ronaldonun 39 yaşı var, futbolçu – rəsmi oyunlarda futbol tarixinin ən yaxşı bombardiri, 5 dəfə “Qızıl top” mükafatının qalibi.

Məmmədova Nuranə

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki