image-peskov-1backend

Kreml: “Hər müharibə sülhlə bitir”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynadakı münaqişənin son nəticədə sülh yolu ilə bitəcəyinə əminliyini ifadə edib.

Elchi.az TASS-a istinadən bildirir ki Peskov qeyd edib ki, Almaniya kansleri Olaf Şoltsun Rusiya lideri Vladimir Putinlə dialoq təşəbbüsü son dərəcə müsbət münasibətə layiqdir.

Peskov vurğulayıb ki, sülh yolu ilə nizamlanma üzrə dialoq “sadə” olmayacaq. “Ancaq bu və ya digər şəkildə istənilən müharibə danışıqlar masası arxasında bitər, sülhlə başa çatır”, – Kreml sözçüsü bildirib.

Oktyabrın 16-da Olaf Şolz Bundestaqda Putinlə Ukraynadakı münaqişəni müzakirə etməyə hazır olduğunu bəyan edib. O vurğulayıb ki, növbəti sülh konfransında “Rusiya da iştirak etməlidir”.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki