image-90fdff52-ae1b-3021-a875-87237481c4f5_850backend

KİV: Tramp telefon nömrəsini Zelenskiyə verib

ABŞ Prezidenti Donald Tramp telefon nömrəsini ukraynalı həmkarı Vladimir Zelenskiyə verərək ona birbaşa zəng etməsini deyib.

Elchi.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, fevralın 12-də Tramp və Zelenski arasında telefon danışığı müsbət ruhda keçib. Tramp Zelenskidən münaqişənin həlli ilə bağlı hələ də “sövdələşmə bağlamaq” istəyib-istəmədiyini öyrənməyə çalışıb. Zelenski cavabında saziş bağlamaq istədiyini, lakin ümumilikdə buna şübhə ilə yanaşdığını bildirib.

Mənbələr iddia edir ki, Trampın təklifinə cavab olaraq Zelenski ABŞ Prezidentinə ukraynalı boksçu Aleksandr Usikın çempionluq kəmərini hədiyyə edəcəyinə söz verib.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki