İranın görünməmiş hücumundan sonra bütün gözlər İsraildədir. İrana sərt cavab verməyə hazırlaşan Təl-Əviv rəhbərliyinin molla rejiminə son qoymaq üçün ABŞ-ı müdaxilə etməyə məcbur etmək istədiyi bildirilir. Beynəlxalq münasibətlər ekspertləri belə şərh edirlər: “ABŞ İsraili seçkidən əvvəl cilovlamaq istəsə də, yaxın bir neçə gündə hər şey dəyişə bilər”.
Elchi.az xəbər verir ki, Qəzzada törətdiyi soyqırımdan sonra bütün Yaxın Şərqi od dairəsinə salan İsrail regional müharibəyə başlamaq üçün düyməni basıb.
İran isə İsmayıl Haniyənin öldürülməsindən, Hizbullah liderlərinə edilən bombalı hücumlardan və nəhayət Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsindən sonra İsrailə gözlənilən cavabı verdi. Təbrizdən atılan “ballistik” və “hipersəs” raketləri İsraildə bir çox hədəfi vurub. Əvvəllər “şou” hücumları ilə tənqid edilən Tehran administrasiyası bu dəfə İsrailə ciddi ziyan vurub. İsrailin cavabının nə olacağını merak edərkən; Beynəlxalq ictimaiyyət İran-İsrail müharibəsinin nə qədər yaxın olduğunu müzakirə edir. Haber Global Web Özəl-i şərh edən beynəlxalq əlaqələr ekspertləri önümüzdəki bir neçə günün son dərəcə kritik olduğunu vurğuladılar.
Şayəstə Hüseynova