Ukraynanın Aİ-yə Rusiya qazını kəsməsindən sonra Rusiyanın iqtisadi baxımdan necə təsirlənəcəyi maraq doğurur.
Elchi.az xəbər verir ki, ekspertlərin fikrincə, 2025-ci il Rusiya iqtisadiyyatında tənəzzül və daralma ili olacaq. Diplomatik dəhlizlərdə əks olunan iddialara görə; Kreml zamanla yarışır və yaxın bir neçə ay ərzində Ukraynaya qarşı böyük hücuma keçəcək.
Ukrayna ötən həftə Rusiya qazının Avropa İttifaqı ölkələrinə tranzit axınını dayandırdığını elan edib. Kiyevin qaz şirkəti “Naftoqaz” Rusiyanın enerji nəhəngi “Qazprom”la 5 illik qaz axını müqaviləsini yeniləməkdən imtina edib və Yeni il günü qaz satışını dayandırıb. Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl Rusiya iqtisadiyyatına milyardlarla dollar gəlir gətirən qaz sövdələşməsinə icazə verməyəcəyini açıqlamışdı və bir il əvvəl Aİ ölkələrini “ixtisara hazır olun” xəbərdarlığı etmişdi.
Şayəstə Hüseynova