image-hizbullah-sozcusu-cok-sayida-israil-askeri-oldurduk-hazirliklarimiz-en-ust-duzeydebackend

Hizbullah sözçüsündən açıqlama: Çoxlu İsrail əsgərini öldürdük

Hizbullah Livanın cənubundakı iki qəsəbədə birbaşa qarşıdurmalarda çoxlu İsrail əsgərini öldürdüklərini açıqlayıb.
Elchi.az xəbər verir ki, Hizbullah sözçüsü Muhammed Afifi Livanın paytaxtı Beyrutun cənubundakı Hizbullahın qalası olaraq xarakterizə edilən Dahiye bölgəsində mətbuat konfransı keçirib.
Dahiyədə 150-dən çox jurnalistin qatıldığı mətbuat şərhində Afifi, “Livanın cənubundakı Əl-Adise və Marun er-Ras qəsəbələrində baş verən qarşıdurmalarda çox sayda İsrail əsgərini şəhid etdik” – deyib.
İsrailin ölən əsgərlərini açıqlamadığını bildirən Afifi, “Adise və Marun er-Ras qəsəbələrində baş verənlər hələ başlanğıcdır, Hizbullahın Livanın cənubundakı hazırlığı ən yüksək səviyyədədir” – deyib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki