image-27998041_bigbackend

Hizbullah: İsrail ordusu hücuma məruz qalıb, ölən və yaralanan əsgərlər var

Hizbullah həyata keçirdikləri hücumlarda İsrail əsgərlərinin öldüyünü və yaralandığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Hizbullah sosial media hesabından verdiyi yazılı açıqlamada İsrailin şimalında, Livan sərhədinə yaxın Melkiye bölgəsində Merkava tankının idarə olunan raketlə hədəf alındığını və tankın yandırıldığını bildirib.
Açıqlamada tankdakı əsgərlərin öldüyü və yaralandığı bildirilsə də, ölən və yaralananların sayı barədə məlumat verilməyib.
Bildirilib ki, İsrailin şimalında Hayfa yaxınlığında yerləşən Krayot bölgəsi və Kiryat Şimonadakı raket qurğuları və artilleriya mövqeləri də hücuma məruz qalıb.
Açıqlamada Livanın cənubundakı Marun er-Ras qəsəbəsində də İsrail ordusuna aid “hərbi maşın və əsgərlərdən ibarət bir qüvvənin” hədəf alındığı, hadisə nəticəsində bir İsrail əsgərinin öldüyü və yaralandığı bildirilib.
Hizbullah qeyd edib ki, İsrailin Kefr Şuba təpələrindəki Ruveysat əl-Alem mövqeyi, eləcə də şimaldakı Karmiel və Sasa bölgələri də hədəfə alınıb.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki