Qəzza zolağında atəşkəs və israilli girovların fələstinli məhbuslarla mübadiləsi haqqında razılaşmanın icrasının davam etdirilməsi tamamilə İsrailin hərəkətlərindən asılıdır.
Elchi.az xəbər verir ki, bu barədə HƏMAS-ın Qətərdəki siyasi bürosunun yüksək vəzifəli üzvü Hüsam Bədran TASS-ın müxbirinə telefonla bildirib.
H.Bədran, bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu sazişin şərtlərini yerinə yetirməkdən yayınmağa və manipulyasiya etməyə çalışır.
“Sazişin bütün müddəaları və təfərrüatları aydındır. Problem İsrail hakimiyyətinin sazişin həyata keçirilməsi zamanı yol verdiyi pozuntu və sui-istifadə halları ilə bağlıdır”, – o qeyd edib.
Xavər