image-8backend

Harris: “İran ABŞ-ın ən böyük düşmənidir”

ABŞ vitse-prezidenti və hökumətin ən yüksək vəzifəsinə Demokratlar Partiyasından namizəd olan Kamala Harris Tehranı Vaşinqtonun əsas rəqibi hesab edir və İranın nüvə silahına yiyələnməsinin qarşısını almağa çalışır.

Elchi.az xəbər verir ki, o, bu barədə CBS telekanalına müsahibəsində bildirib.

Hansı ölkəni ABŞ-ın əsas rəqibi hesab edir sualına Harris belə cavab verdi: “Düşünürəm ki, bu açıqdır və ağlıma bir şey gəlir. İranın əlində Amerika qanı var”.

Harrisin sözlərinə görə, ABŞ İranın heç vaxt nüvə gücünə çevrilmək imkanının olmamasına əmin olmalıdır.
“Bu, mənim üçün əsas prioritetlərdən biridir”, – ABŞ vitse-prezidenti vurğulayıb.

Harris, İranın nüvə silahı yaradacağı təqdirdə hərbi əməliyyata gedəcəkmi sualına belə cavab verdi: “Hazırda hipotetiklər haqqında danışmayacağam.”

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki