image-e7265341-0517-33b2-8a43-3bad69e20d5c_850backend

Gürcüstanın 10-cu çağırış parlamenti seçkilərə bir ay qalmış işini başa çatdırıb

Oktyabrın 26-da Gürcüstanda növbəti parlament seçkilərinin keçirilməsi nəzərdə tutulduğundan ölkənin 10-cu çağırış parlamenti işini başa çatdırıb.

Elchi.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın qanunverici orqanının vitse-spikeri Giorgi Kaxiani plenar iclası yekunlaşdırarkən bildirib.

“Bilirsiniz ki, parlament seçkilərinə bir ay qalmış parlamentin iclasları keçirilmir, lakin lazım gələrsə, parlament yenidən toplaşa bilər. Amma böyük ehtimalla bu gün parlamentin bu çağırışı üçün son gün idi. İclas başa çatdı, sizə uğurlar arzulayıram”, – Kaxiani deyib.

Gürcüstan Konstitusiyasına əsasən, seçkilərdən sonra Mərkəzi Seçki Komissiyası səsvermənin yekun nəticələrini elan etməsinin ardından yeni parlament toplaşacaq.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək. Artıq 12 ildir hakimiyyətdə olan hakim partiya 4-cü dəfə qalib gəlməyə çalışacaq. Vahid Milli Hərəkat Partiyası onun əsas rəqibi hesab olunur. Ən çox səs toplayan partiya hökuməti quracaq baş nazir namizədini irəli sürəcək.

Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki