image-ecb1a35c-5d32-33b5-971c-124579fc8811_850backend

Gürcüstandan İsrailə uçuşlar ləğv edilib

İsrailin “ARKIA” və “EI AI Israel” aviaşirkətləri çərşənbə gününə keçən gecə Tbilisidən Təl-Əvivə planlaşdırılan reysləri ləğv edib.

Elchi.az  ki,  xəbər verir ki, bu barədə “Sputnik-Gürcüstan”a Tbilisi Beynəlxalq Hava Limanının “qaynar xətt”indən məlumat verilib.

Ötən gün “ARKIA” aviaşirkəti yerli vaxtla saat 23:00-a planlaşdırılan Tbilisi – Təl-Əviv reysini ləğv edib.

Bundan başqa, “İsrail Hava Yolları”nın gecə saat 00:20-də Təl-Əviv istiqamətindəki reysi ləğv edilsə də, bu gün Tbilisi vaxtı ilə saat 14:00-da Larnaka (Kipr) istiqamətində həyata keçiriləcək.

Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki