Gürcüstanda oktyabrın 26-da keçiriləcək seçkilərdən sonra dövlət çevrilişinə hazırlaşan bir qrup şəxs var.
Elchi.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, iğtişaşlara səbəb müşahidəçi qeyri-hökumət təşkilatları olacaq. Papuaşvilinin sözlərinə görə, onlar seçkilərin keçirilməsi ilə bağlı saxta hesabatlar tərtib edəcəklər.
“Hazırda hakimiyyətin antidemokratik yolla ələ keçirilməsinə hazırlıq gedir və yerli monitorinq təşkilatları bu işə cəlb olunub”, – deyə spiker yekunlaşdırıb.
Bundan əvvəl hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşviliyə Rusiya ilə müharibəyə başlamaq təklifi edildiyini iddia edib. Bu ideya, qeyd edildiyi kimi, yüksək rütbəli Qərb rəsmisi tərəfindən irəli sürülüb.
Yeganə