image-1db9a92e-6092-331b-8e9a-081fac4ab0fe_850backend

Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək

Noyabrın 26-da Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək.

Elchi.az xəbər verir ki, bu barədə “Agence France-Presse” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, iclasda Ukraynanın müdafiə sənayesi kompleksi (MSK) obyektinə qarşı yeni Rusiya raketinin tətbiqinin nəticələri müzakirə ediləcək.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin “Yujmaş”a (A.M.Makarov adına “Cənub maşınqayırma zavodu”) nüvəsiz hipersəs təchizatlı ballistik raket zərbəsi endirildiyini bildirib.

Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki