Prezident Emanuel Makron parlamenti buraxıb növbədənkənar seçkilər təyin etdikdən sonra Fransada siyasi qarışıqlıq səngiməyib. Makron tərəfindən baş nazir təyin edilən Mişel Barnier ölkə büdcəsi ilə bağlı konsensusa gələ bilmir.
Elchi.az xəbər verir ki, 3 hissəli strukturla növbədənkənar seçkilərdən çıxan Fransa Milli Məclisində hökumət 2025-ci maliyyə ili büdcəsi ilə bağlı konsensusa gələ bilmir.
Müxalifət liderləri ilə görüşən baş nazir Mişel Barnier konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndindən irəli gələn hüququndan istifadə edərək büdcənin səsvermə olmadan parlamentdən keçməsi üsulundan istifadə etməli olacağını bildirib.
Şayəstə Hüseynova