image-90e221af-36b1-3da9-a240-a484ded9da0d_850backend

“Fənərbağça”nın yeni transferi Rusiya klubuna transfer olunub

Türkiyənin “Fənərbağça” kollektivinin müdafiəçisi Oqnen Mimoviç Rusiyanın “Zenit” klubuna transfer olunub.

Elchi.az xəbər verir ki, bu barədə Sankt-Peterburq təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

O, icarə əsasında cari mövsümün sonuna qədər “Zenit”in şərəfini qoruyacaq.

Qeyd edək ki, 20 yaşlı serbiyalı futbolçu 2025-ci ilin əvvəlində “Fənərbağça” ilə 4 illik müqavilə imzalayıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki