image-filistin-bayragi-1478699_1backend

Fələstin əməkdaşlıq mexanizmi ilk iclasını keçirdi

İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Ərəb Liqası və Afrika İttifaqının Fələstin məsələsinə dəstək məqsədilə yaratdığı üçtərəfli əməkdaşlıq mexanizminin ilk iclası keçirilib.
Elchi.az xəbər verir ki, Ərəb Liqasının Fələstin və İşğal Olunmuş Ərəb Əraziləri Birliyindən edilən yazılı açıqlamada, üçtərəfli əməkdaşlıq mexanizminin telekonfrans yolu ilə görüş keçirildiyi bildirilib.
Bəyanatda görüşdə səfir Səid Əbu Əli, Ərəb Liqasının Fələstin və İşğal olunmuş Ərəb Əraziləri Bölməsinin baş katibinin müavini, Afrika İttifaqının Ərəb Liqasındakı daimi nümayəndəliyinin rəhbəri səfir Nader Fetih əl-Alim, və İƏT-in Fələstin və Qüds Məsələləri üzrə Baş katibinin müavini səfir Semir Bəkir iştirak etdiyi ifadə edildi.
Bəyanatda qeyd olunub ki, iclasda üçtərəfli mexanizmin 2025-ci ildə siyasi, iqtisadi, humanitar və mədəniyyət sahələrində fəaliyyətinə dair tədbirlər planı müzakirə edilib, planda nəzərdə tutulan fəaliyyət və tədbirlərin təsdiq edildiyi bildirilib və hər il müxtəlif istiqamətlərdə tətbiq olunacaq.
Bəyanatda Fələstin məsələsi ilə bağlı beynəlxalq arenada səylərin səfərbər ediləcəyi, ərəb, İslam və Afrika ölkələrinin münasibətlərinin koordinasiya ediləcəyi, üzv ölkələrdə bir sıra birgə tədbirlərin həyata keçiriləcəyi vurğulanıb, həmçinin bildirilib ki, Fələstinə dəstək və həmrəylik və Fələstin xalqının bütün sahələrdə ədalətli mübarizəsini rəsmi və xalq səviyyəsində artırmaq məqsədilə üç təşkilata üzv olan ölkələrdə silsilə birgə tədbirlər həyata keçiriləcək.
Noyabrın 11-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda İƏT, Ərəb Liqası və Afrika İttifaqı Fələstin davasına dəstək üçün üçtərəfli əməkdaşlıq mexanizminin yaradılmasına dair sənəd imzalayıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki