image-cad27d92-bce3-4eb6-9edd-ac5e7179e6aebackend

“FarmHER” layihəsi uğurla başa çatdı, sertifikatlar təqdim edildi

Şamaxıda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların bilik və bacarıqlarının artırılması üzrə “FarmHER” layihəsi uğurla başa çatıb.

Elchi.az Aktual.az-a istinadən xəbər verir ki, layihə “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən “Azercell”in sponsorluğu ilə “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı” çərçivəsində icra edilib.

Layihə rəhbəri Jalə Quliyeva bildirib ki, “FarmHER” kənd qadınlarını aqrobiznes bilikləri ilə təmin etməklə onların gəlirlərini və ümumi rifahını artırmağa töhfə vermək məqsədi daşıyıb. Əsas diqqət qadın fermerlərin istehsal etdiyi məhsulları bazara çıxarmaq, maliyyə idarəçiliyi, innovasiyalar və sahibkarlıq strategiyaları üzrə bacarıqlarının artırılmasına yönəlib.

Layihə çərçivəsində qadınlara beynəlxalq təcrübəli təlimçi Ağaməhəmməd Alosmanov tərəfindən “Qadın qruplarının aqrobiznesə cəlb olunması”, “Fermer təsərrüfatlarında gəlirlərin artırılması”, “Bazar araşdırmaları və əlavə dəyər yaradan məhsulların istehsalı”, “Aqrobiznesdə koordinasiya və kommunikasiya” və “Aqrobiznesdə yeni texnologiyaların tətbiqi” mövzularında təlimlər keçirilib, infosessiyalar təşkil olunub. Həmçinin heyvandarlıq və bağçılıq təsərrüfatlarında olan qadınlar praktiki biliklərlə təmin edilib, onlara innovativ metodlar haqqında geniş məlumat verilib.

Təlim iştirakçıları kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən tanınmış qadın sahibkarlarla da görüşüb, onların uğur hekayələri ilə tanış olublar.

Layihənin yekun tədbirində çıxış edən natiqlər bildirib ki, “FarmHER” aqrobiznes sahəsində qadınların bacarıqlarını artırmaqla yanaşı, kənd təsərrüfatı sənayesində iqtisadi artımın və gender bərabərliyinin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyıb. Layihənin sonunda iştirakçılara əldə etdikləri yeni bilik və bacarıqları təsdiqləyən Sertifikatlar verilib.

image-80af60ef-94fd-4be3-aa28-0edf92d2263d image-128274fc-0667-408f-90fc-cc72ba4c1446 image-1ae6f6e7-214b-4e80-8df1-49a3938549fa image-e9733472-dfba-4cb8-8d4c-9dc01856fc91 image-53b874cd-236a-4be7-861d-ea3ba2e9bfa2 image-98987149-9db3-43b6-9d07-9a5cd329ee61 image-fae0e74c-cb0c-46a0-bac6-e60c7252cc1b image-5de83954-fbef-4d0b-a184-461490a93b7b image-812fdd8d-33a4-4147-b1d3-3dedf29f7027 image-7b8ff3fc-7e1a-4dac-aaa1-813efcaccde8 image-105fec72-c2db-416a-a7aa-2ace25f06bd8 image-77b4a4cf-646e-4784-8e3a-5b875b37101a image-1e1dce1d-908f-436f-be91-69f93c828f84 image-9128af60-b5e7-474b-bf6e-4c7f075c79b9 image-e270693a-cdbe-4802-9cc3-409c050023b5 image-6d1ffac3-c8fa-4f52-8abf-d67468ed1325 image-d1c0d658-450f-4b69-a975-8b79ce1924c6 image-e61e4860-9d0a-4a7f-a849-895a9485c041 image-0c5a5b29-c2af-4e46-8ff0-13c48207ef22 image-e53ccc60-fd85-417b-a5d7-9a9173bfdae1 image-9fd84015-9d70-4a49-9be2-73a9910d82b0 image-b6cb1311-b897-4fed-a724-4f80ab639891 image-bba72fb6-8db8-4d55-9571-44b14a1a9e13 image-cad27d92-bce3-4eb6-9edd-ac5e7179e6ae image-55b5044c-f014-489c-aea7-04a9aaa5c9bc image-62f4d40f-4617-44a3-bfb8-164c08ea2372 image-79a8b326-3e89-44ad-8805-363323c19417 image-9f4a971b-ce35-445c-abcd-1ebf022209e9 image-752d391b-c218-4e14-bcbb-a5fd83d00040 image-10b1b358-00f6-4897-8e2e-20f919440edc

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki