image-ce89858d-6475-3849-b974-85afa3b7b897_850backend

Əş-Şəraa: Suriya ilə Rusiya arasında güclü strateji əlaqələr var

Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şəraa Rusiya lideri Vladimir Putinlə söhbətində iki ölkə arasında güclü strateji münasibətlər olduğunu vurğulayıb.

Elchi.az xəbər verir ki, bu barədə Əş-Şəraa ofisinin danışıqlardan sonra yaydığı bəyanatda deyilir.

“Telefon danışığı zamanı Prezident Əhməd əş-Şəraa iki ölkə arasında güclü strateji əlaqələrin olduğunu və Suriyanın Suriya xalqının maraqlarına cavab verdiyi və həmçinin təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcəyi təqdirdə əməkdaşlığa açıq olduğunu vurğulayıb”, – məlumatda bildirilir.

Putin isə öz növbəsində Suriyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasının vacibliyini vurğulayıb. Rusiya Prezidenti Suriyanın müvəqqəti hökumətinin xarici işlər nazirini Rusiyaya səfərə dəvət edib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki