Ermənistan OPEC-in Beynəlxalq İnkişaf Fondundan 50 milyon avro kredit almağı planlaşdırır.
Elchi.az xəbər verir ki, bu barədə dekabrın 5-də Milli Assambleyada müvafiq layihənin müzakirəsi zamanı maliyyə naziri Vahe Hovhannisyan bildirib.
Vəsait büdcə kəsirinin ödənilməsinə yönəldiləcək. Layihədə qeyd olunur ki, vəsait qeyd olunan islahatların həyata keçirilməsinə yönəldiləcək.
Parlament müxalifəti bu təşəbbüsün əleyhinədir. Onların fikrincə, bu, onsuz da böyük olan dövlət borcunu artıracaq.
Yeganə