“16-30 yaşına qədər erməni gənclərinə 90 günlük hərbi təlim keçiriləcək” – Alp.az xəbər verir ki, bunu qondarma rejimin nümayəndəsi Мarat Аqasaryan bildirib.
“90 günlük hərbi təlimdə gənclərə hərbin bütün sirləri öyrədiləcək. Bu bir layihədir və davamlı olacaq. Təlimlər martın 20-dən başlayacaq. Fevralın 1-dən artıq təlimlərdə iştirak etmək üçün müraciət etmək mümkündür “- deyə Мarat Аqasaryan bildirib.
Мarat Аqasaryan bildirib ki, Qarabağın bütün ərazisindən müraciətlər qəbul edilir.
“Təlimlər Xankəndi yaxınlığındakı Ballıca kəndində erməni gənclər üçün hərbi təlim düşərgəsində keçiriləcək” -deyə Мarat Аqasaryan bildirib.