image-3backend

Erməni nəşrindən ŞOK İDDİA:Nikol Paşinyan Qarabağa pul ayırmaqdan imtina edib 

“Nikol Paşinyan Araik Arutunyanla nə danışır, nə də qəbul etmir.”- Alp.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

“Ötən ilin sonunda Nikol Paşinyanın mətbuat konfransında Qarabağla bağlı söylədiyi fikirlərdən sonra  Araik Arutyunyanla ciddi problemlər yaşanır. Artıq Nikol Paşinyan Arutyunyanla uzun zamandır nə danışır, nə də onu qəbul etmir.Qeyd edək ki,  Paşinyan açıq şəkildə bildirdi ki, Qarabağın  müstəqilliyi və statusu məsələsində ümid bəsləmək ağılsızlıqdır” -deyə nəşr qeyd edib.

“İki gün öncə isə Arayik Arutyunyan da onun bəyanatlarına cavab verərək, elan edib ki,  Qarabağ erməniləri öz müqəddaratlarını həll edəcək. Müdafiə naziri Papikyanın toyunda iştirak etmək üçün  İrəvana gələn Arayik Arutyunyanı Paşinyan qəbul etməyib.  Paşinyan dünənki canlı yayımda bildirib ki,  2022-ci ildə Ermənistan hökuməti Qarabağa  təxminən 144 milyard dram büdcə dəstəyi verəcək. O bildirib ki, 2021-ci ildə bu rəqəm 100 milyard dramı ötüb.Amma göndərilən pul Arayik və onun qohumlarının cibinə axır. Nikol Paşinyan əsas götürərək 2022-ci ildə ayrılan pulun hələdə hesaba keçməməsinin əsl səbəbini açıqlayıb. Bir sözlə Nikol Paşinyan dünən açıq bildiridi ki, Qarabağa pul göndərilməyəcək.” -nəşr yazır.

Qeyd edək ki, erməni mətbuatı iddia edir ki, ayrılan pul Qarabağdakı hesaba köçməyəcək. Nəşr iddia edir ki, yaxın zamanlarda Azərbaycan Xankəndini maliyyə vəsaiti ilə təmin edə bilər.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki