image-055ed203-b7e0-3d4b-b7e1-46f79b052024_850backend

Ərdoğan: Türkiyə Misirlə əlaqələri inkişaf etdirmək istəyir

Türkiyə Misirlə əlaqələri inkişaf etdirmək istəyir.

Elchi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bir çox məsələdə hər iki ölkənin maraqları üst- üstə düşür: “Ona görə biz əməkdaşlığı genişləndirmək istəyirik”.

Türkiyə lideri söyləyib ki, hər iki ölkə qarşılıqlı ticarət həcmini 15 milyard dollara çatdırmağı hədəfləyir: “Misirli investorları Türkiyədə gözləyirik. Misirlə enerji sahəsindəki əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik”.

Onun sözlərinə görə, Ankara və Qahirənin regional sülh və sabitliyə töhfəsi həyati əhəmiyyətlidir.

Havar Şəfiyeva 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki