image-6762c9a5f01106762c9a5f01111734527397c49bc4dc78c4b564f4b2c0c01eb1d0d1backend

Ərdoğan Azərbaycan səfirini mükafatlandırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədova mükafat təqdim edib.
Elchi.az xəbər verir ki, mükafat Adıyaman Gənclər və İdman İdarəsində 6 fevral zəlzələsinin iki illiyinə həsr olunmuş mərasimdə təqdim olunub.
Türkiyə Prezidenti zəlzələ zamanı ilk yardıma gələn Azərbaycana salam və ehtiramını bildirib.
“İlk xatirəmiz Azərbaycana olsun. Şəxsim və millətim adına çox təşəkkür edirik. Bir olaq, qardaş olaq, bərabər olaq”, – Ərdoğan vurğulayıb.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki