Əfqanıstanın qərbində yerləşən Qor əyalətində qar uçqunu nəticəsində üç nəfər ölüb.
Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə əyalət polisinin nümayəndəsi Əbdül Rəhman Bədri məlumat verib.
Son bir neçə həftə ərzində ölkənin şimalında yerləşən Bədəxşan və Fəryab əyalətlərində analoji hadisələr nəticəsində ən azı beş nəfər həyatını itirib.
Qeyd edək ki, onun sözlərinə görə, polis əməkdaşları onların meyitlərini taparaq ailələrinə təhvil veriblər.
Xavər