image-rgy5uahpnsje0wjphrkzfyyek3fws4mm2nncudwj_1200backend

Durov uşağına qarşı fiziki zorakılıqla bağlı dindirilib?

Fransalı müstəntiqlər “Telegram”ın təsisçisi Pavel Durovu övladına qarşı mümkün zorakılıqla bağlı sorğu-sual etməyiblər.

Elchi.az xəbər verir ki, bu barədə TASS-a Paris Prokurorluğundan məlumat verilib.

“Bu işin hazırkı araşdırmaya aidiyyəti yoxdur, o, bu iş üzrə dindirilməyib”, – prokurorluqdan bildirilib.

Xatırladaq ki, avqustun 28-də Durovun üç uşağının anası olduğunu iddia edən Sankt-Peterburq sakini İrina Bolqarın 2023-cü ilin martında İsveçrədə Durova qarşı cinayət iddiası qaldırdığı barədə məlumat yayılıb.

O bildirib ki, sahibkar 2021-2022-ci illər ərzində 2017-ci il təvəllüdlü kiçik oğluna qarşı beş dəfə fiziki zorakılıq tətbiq edib. Bunun uşağın beyin sarsıntısı və yuxu problemləri də daxil olmaqla zədələnməsi ilə nəticələndiyi bildirilir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki