image-koral_et_sistem1backend

Dünyanı şoka salan türk silahı – KORAL nəyə qadirdir? -VİDEO

2020-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ankaradakı ASELSAN şirkətinin yeni sistem təqdimatı mərasiminə qatıldı.Alp.az xəbər verir ki, Türk Silahlı Qüvvələrinin xidmətinə yeni bir sistem gətirildiyi mərasimdə, layihəyə start verildi. Elə həmin açılış və təqdimat mərasimində ASELSAN yeni kampusu və ASELSAN Akyurtun açılışı gerçəkləşdi.

Yeni Nəsil KORAL Elektron Döyüş Sistemi əslində dünya hərb sənayesinin də diqqət mərkəzində idi. Çünki Türkiyə şirkətləri dayanmadan dünyaya biri-birinin ardınca müasir texnalogiya ilə təmin edilmiş silah sistemlərini təqdim edirdi. Son illər Türkiyə silah sənayesinin belə yüksəlişi çoxlarını təccübləndirsədə bu başa düşülən idi. Təqdim edilən KORAL-a görə, düşmənin istənilən obyekti aşkarlanır və anında sıradan çıxarılır. Yeni nəsil Koral müasir radar elementlərini də məhv etmək qabilətinə malikdir. Elə həmin açılış mərasimində Prezident Rəcəb Tayyib Ərdoğan KORAL-ın nəyə qadir olduğunu bütün dünyaya bəyan etdi haq: “KORAL Elektron Döyüş Sistemimiz, həyata keçirdiyimiz əməliyyatlarda düşmən radarlarının aşkarlanmasında və məhv edilməsində böyük rol oynadı. Bu sistemin daha inkişaf etmiş bir versiyası olan yeni nəsil KORAL Layihəsinə də başlayırıq. ”

KORAL Elektron Müharibə Sistemi
KORAL, hər biri 8X8 hərbi taktiki avtomobilə inteqrasiya olunmuş bir Radar Elektron Dəstək Sistemindən və dörd Radar Elektron Hücum Sistemindən ibarətdir.

KORAL sistemi, növbətçi operatorların yerləşdiyi Əməliyyat İdarəetmə Birliyindən, NATO standartlarına uyğun olaraq idarə olunur və nüvə, bioloji və kimyəvi (NBC) təhdidlərdən qorunur.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki