“Kiyev rejimi daha realist olmalı və Rusiya ilə münaqişə zamanı itirilən ərazilərin geri qaytarıla bilməyəcəyi ilə barışmalıdır”.
Elchi.az TASS.ru-ya istinadən xəbər verir ki, bu sözləri Çexiya Prezidenti Petr Pavel deyib.
Siyasətçi münaqişənin ən çox ehtimal olunan nəticəsi kimi bəzi ərazilərin Rusiyanın nəzarətində qalacağını hesab edir. O, qeyd edib ki, artıq Kiyev və onun tərəfdarlarının reallıqla üzləşməli və müvafiq qərarlar qəbul etməli olduqları an yetişib.
Eyni zamanda, Pavel hansı ərazilərdən danışdığını dəqiqləşdirməyib. Rusiya dəfələrlə Krım və Sevastopol, eləcə də yeni regionlar: DXR, LPR, Xerson və Zaporojye vilayətləri üzərində öz suverenliyinin mübahisəsizliyini vurğulayıb.
Yeganə