image-snimok-yekrana-134backend

Cənubi Koreya “düşmən dövlət” elan edildi

Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) ölkə konstitusiyasına edilən dəyişikliklə Cənubi Koreyanın ilk dəfə olaraq “açıq-aşkar düşmən dövlət” olaraq təyin edildiyini bildirib.
Elchi.az xəbər verir ki, KCNA-nın məlumatına görə, son vaxtlar cənubla gərginlik artdığı halda, Şimali Koreya bölgədə gərginliyi artıracaq konstitusiya dəyişikliyi edib.
Xəbərdə Şimali Koreyanın konstitusiyaya etdiyi dəyişikliklə Cənubi Koreyanın ilk dəfə olaraq “açıqcasına düşmən dövlət” olaraq təyin olunduğu bildirilib.
Xəbərdə oktyabrın 15-də Koreyaları birləşdirən bəzi yolların partladılmasının səbəbinə də toxunulub və bu inkişafın konstitusiya dəyişikliyinə uyğun olaraq “qaçılmaz və qanuni” tədbirlər olduğu qeyd edilib.
Xəbərdə bəyanatı yer alan Şimali Koreya Müdafiə Nazirliyinin sözçüsü qeyd edib ki, Pxenyan cənub sərhədlərini “daimi olaraq gücləndirmək üçün tədbirlər görməyə davam edəcək”.
Digər tərəfdən, Yonhap xəbərinə görə, Cənubi Koreyanın Birləşmə Nazirliyi tərəfindən edilən açıqlamada, “birləşmə əleyhdarı” olaraq xarakterizə edilən “düşmən dövlət” tərifi pislənilib.
Bəyanatda həmçinin “Şimalın təxribatlarına sərt cavab veriləcəyi” vurğulanıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki