image-img_6575backend

Cənubi Afrika Respublikası Mozambiklə sərhədi yenidən bağlayır

Bildirilib ki, Cənubi Afrika Respublikası 9 oktyabr 2024-cü ildə keçirilən prezident seçkilərindən sonra zorakılıqların baş verdiyi Mozambiklə əsas sərhəd qapısı olan Lemombo Sərhəd Qapısını yenidən bağlayıb.
Elchi.az xəbər verir ki, Cənubi Afrika Sərhəd İdarəetmə Təşkilatından verilən açıqlamada, Lemombo Sərhəd Qapısı vasitəsilə keçidlərin müvəqqəti olaraq dayandırıldığı bildirilib.
Açıqlamada, bu qərarın Cənubi Afrika və Mozambikdən olan yüksək səviyyəli rəsmilər arasında məsləhətləşmələrdən sonra qəbul edildiyi bildirilib .
Mozambikli etirazçıların Lemombo Sərhəd Qapısı ərazisinə hərəkət edən yük maşınlarını və nəqliyyat vasitələrini hədəf almasından sonra Cənubi Afrika keçən il 10-12 dekabr tarixləri arasında bu sərhəd qapısını bağladı.
Mozambikdə seçki prosesi və zorakılıq
9 oktyabr 2024-cü ildə Mozambikdə keçirilən prezident seçkilərində hakim Mozambik Azadlıq Cəbhəsinin namizədi Daniel Çapo qalib gəlib.
İlkin nəticələrə görə, Çapo 71 faiz səslə birinci, onun ən yaxın rəqibi Podemos Partiyasından Venansio Mondleyn isə 20 faiz səs toplayıb.
Müxalifət partiyaları seçkilərdə və səslərin hesablanmasında saxtakarlıq olduğunu əsas gətirərək, ölkə boyu etiraz aksiyalarına çağırıblar.
Zorakılıq hadisələri zamanı ən azı 248 nəfər həyatını itirib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki