image-13651bdc-9cc5-3b9e-8f31-11a2300fbd48_850backend

Bukmekerlər Trampın qələbə şansını 61 % səviyyəsində qiymətləndirirlər

ABŞ prezidentliyinə namizəd Donald Trampın prezident seçkilərində qalib gəlmə ehtimalı 61 faizdir.

Elchi.az  TASS-a istinadən xəbər verir ki, bu barədə “Polymarket” bukmeker agentliyinin məlumatında deyilir.

Agentliyin hesablamalarına görə, Trampın rəqibi Kamala Harrisin şansı isə 39 % təşkil edir. Ağ Evin keçmiş rəhbərinin qələbəsinə təxminən 1,3 milyard dollar, hazırkı vitse-prezidentinin qələbəsinə isə 808 milyon dollar pul qoyulub.

Qeyd edək ki, bu gün ABŞ-də prezident seçkiləri keçirilir.

Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki