Böyük Britaniyanın enerji təhlükəsizliyi və karbon neytrallığı üzrə naziri Ed Milibend martın 17-də Çinə səfər edəcək.
Elchi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Reuters” məlumat yayıb.
Onun səfəri iki gün davam edəcək. Səfər zamanı E.Milibend çinli həmkarı Zhang Jianhua ilə görüşəcək.
Nazir, həmçinin dəyirmi masa formatında sahibkarlarla görüşəcək. Burada Britaniyanın enerji sektoruna, xüsusilə təmiz və bərpa olunan enerji mənbələrinə, enerji təhlükəsizliyinə özəl investisiyaların yatırılmasının perspektivləri müzakirə ediləcək.
Xavər